Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2023 23:36
Kokos və qəhvə ikilisinin faydaları təəccübləndirir. Siz də qəhvənizə bir qaşıq kokos yağı əlavə edin və təsirini özününz hiss edin.
Medicina.az xəbər verir ki, maddələr mübadiləsini sürətləndirən və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan kokos yağı, həzm sistemindən beyin sağlamlığına qədər çox şeylərə müsbət təsir göstərir.
Qidalanma Məsləhətçisi Uz. Dyt. Dr. Yeşim Temel Özcan, kokos yağının faydaları haqqında məlumat verib. Onun bir çox problemlərə çarə olduğunu vurğulyan həkim, onun təsirlərini belə təsnifləşdirib.
-Göbələk və eqzema üçün faydalıdır.
-Kokos yağı dərini nəmləndirmək, yaşlanmağı gecikdirmək, qırış və çat izlərini aradan qaldırmaq kimi bir çox xüsusiyyətlərə malikdir.
-Ekzema və göbələk kimi dəri problemləri üçün də istifadə olunur. Bu yaxınlarda bu tropik meyvənin yağı digər sağlamlıq faydaları ilə ön plana çıxıb.
-Ana südü tərkibinə bənzərdir. "Həyat ağacı" da deyilən bu meyvə Filippində və oxşar ada ölkələrinin qida rasionunun vacib hissəsidir. Yerli insanlar bir çox xəstəliyi müalicə etmək üçün kokos yağı istifadə edirlər. Bu yağ tərkibində MCT adlı orta zəncir yağ turşularına və ana südündə olan lauric turşusuna malikdir. Laurik turşusu təsirinə görə antimikrobdur.
-Bağırsaqdakı zərərli mikrobları aradan qaldırır və yoğun bağırsaq sağlamlığını artırır.
-Metobolizmanı gücləndirir
-Qida rasionunda kakos yağı olan ölkələrdə insanlar piylənmə və bununla əlaqəli digər xəstəliklərə daha az tutulurlar. Buna görədə maddələr mübadiləsinə yaxşı təsir etdiyi məlumdur.