Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2023 13:44
Türkiyənin İstanbul şəhərində Özgül və Engin Koşar cütlüyü evdə təhsil alan 6 yaşlı autizmli uşaqlarının son zamanlardakı davranışından şübhələnərək otağına gizli kamera yerləşdiriblər.
Sonxeber.net big.az-a istinadən bildirir ki, görüntüləri izləyən valideynlər oğullarının klinik psixoloq İ.A. tərəfindən qəddarcasına döyüldüyünü görüblər.
Uşağın fiziki və psixoloji şiddət gördüyünü anlayan valideynlər polisə şikayət ediblər.
Qeyd edək ki, 4 uşaqlı Koşar ailəsinin ən kiçiyi olan 6 yaşlı Mustafaya 2 yaşında autizm diaqnozu qoyulub. Məlumata görə, sözügedən psixoloq bir il yarımdır ki, uşaqla evdə məşğul olaraq təlim keçir.
Onun uşağın üstünə qışqırıb ağzına vurduğu görünən kadrları təqdim edirik: