Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nura: “Hisslər təkcə ehtiras üzərində olmamalıdır” - VİDEO

Nura: “Hisslər təkcə ehtiras üzərində olmamalıdır” - VİDEO

Tarix: 31 Yanvar 2023 17:55

"Uzun zamandır sevmirəm. İndi o yaşda deyiləm ki, gördüm, üz cizgiləri xoşuma gəldi, sevdim. Xeyr! Mənim də insanlarda sevdiyim xüsusiyyətlər var. Sürətpərəstəm və buna da fikir verən xanımam". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Nura Suri "MTV maqazin" verilişinə müsahibəsində deyib. 

Sənətçi bəylərdə onun diqqətini çəkən xüsusiyyətlərdən bəhs edib:

"Kişilərdə üstün verdiyim keyfiyyət sözünün ağası olması, qayğı göstərməsidir. Yəni yanımda hiss edim ki, kişi var. Yoxsa hər işimi, problemimi özüm həll edirəmsə... Düşünürəm ki, xanımın arxasınca gəlib, qapını açıb, aparıb, qayğı göstərərlər. Gülü necə bəsləyirsən, xanıma da elə baxmalısan. Hisslər təkcə ehtiras üzərində olmamalıdır. Hörmət görməlisən. Kişi sənə xanımlığını hiss elətdirməlidir.  Belə olan halda sən o kişini sevə bilirsən". 

Milli.Az


Etiketlər:  Nura Hisslər təkcə ehtiras üzərində olmamalıdır VİDEO


RƏYLƏR