Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda heroin alveri ilə məşğul olan diş həkiminin məhkəməsi başladı

Bakıda heroin alveri ilə məşğul olan diş həkiminin məhkəməsi başladı

Tarix: 14 Oktyabr 2019 15:45

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Niftəliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası oktyabrın 21-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.

Belə ki, idarəyə Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Araz Niftəliyevin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir zamanı həmin şəxs güclü təsirdici xassəyə malik narkotik vasitələr olan 1 kiloqram 517 qram heroini və 201,171 qram metamfetamini 18 000 dollar və 1000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

A.Niftəliyev ilkin ifadəsində qeyd edib ki, narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədilə alıb.

A.Niftəliyev narkotik vasitələri satan zaman öz adından yox, “doktor” ləqəbindən istifadə edirmiş.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə ittiham verilib.

A.Niftəliyev Bakıda stomotoloq kimi fəaliyyət göstərirmiş.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda heroin alveri ilə məşğul olan diş həkiminin məhkəməsi başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ