Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu, Rusiyanın daimi taktikasıdır - Qumenyuk

Bu, Rusiyanın daimi taktikasıdır - Qumenyuk

Tarix: 2 Fevral 2023 08:51

Xerson vilayətində Dnepr çayının sahillərində rus işğalçıların təxribat və kəşfiyyat qruplarından istifadə etməsi düşmənin daimi taktikasıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirici Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

"Bu, onların daimi taktikasıdır. Məqsədləri ordumuzu tükəndirmək, müdafiəmizin dərinliyini və gücünü sınamaq, xüsusən də azad edilmiş sağ sahildə olan mülki əhalinin ümumi psixoloji durumunu sarsıtmaqdır", - Qumenyuk qeyd edib.

Milli.Az


Etiketlər:  Bu Rusiyanın daimi taktikasıdır Qumenyuk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ