Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu nömrədən sizə zəng gəlibsə polisə müraciət edin - VİDEO

Bu nömrədən sizə zəng gəlibsə polisə müraciət edin - VİDEO

Tarix: 3 Fevral 2023 18:00

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edərək, sms vasitəsilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb. Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət etmələri tövsiyə olunub.

Milli.Az


Etiketlər:  Bu nömrədən sizə zəng gəlibsə polisə müraciət edin VİDEO


RƏYLƏR