Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni təyin olunmuş məktəb direktoru işdən azad edilib

Yeni təyin olunmuş məktəb direktoru işdən azad edilib

Tarix: 3 Fevral 2023 22:38

Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb.

Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikadakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçirilib.

Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu nazirlik tərəfindən bildirilib.

Milli.Az


Etiketlər:  Yeni təyin olunmuş məktəb direktoru işdən azad edilib


RƏYLƏR