Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağrı və müalicəsi

Ağrı və müalicəsi

Tarix: 4 Fevral 2023 07:54

Ağrıların müalicəsi sadə ağrıkəsici dərmanların qəbulu ilə başlayır. Əgər ağrı daha şiddətlidirsə, morfi kimi güclü ağrıkəsicilərə ehtiyac ola bilir. Dərman müalicəsindən başqa ağrı hissini aradan qaldırmaq üçün digər vasitələrdəndə istifadə etmək olar. Belə müalicə üsullarına fizioterapevtik, iynəterapeyası aiddir.
Sinir səbəbli ağrıları kəsmək üçün ağrıkəsici dərmanla birlikdə sakitləşdiricilərə də ehtiyac duyulur. Xüsusilə də depressiyanın müalicəsində bu üsuldan istifadə edilir.
Ağrıkəsicilərdən vaxtaşırı qəbul edən şəxs ağrını və dərmanın yanaşı təsirini mütləq nəzarət altında saxlamalıdır. İnsan ağrı hiss etdiyi zaman istədiyi dərmanı, istəsiyi kimi qəbul edə bilməz. Çünki ağrını kəsməklə biz hansısa xəstəliyin əlamətini gizlətmiş oluruq. Bu bizim ziyanımıza ola bilər. Məsələn, kor bağırsaq ağırdığı zaman ağrıkəsici qəbul eləməklə biz vəziyyətimizi daha da kəskinləşdirə bilərik.
Ağrıkəsici qəbul edən zaman onun yanaşı təsirləri, bərabər sutkalıq dozası da nəzərə alınmalıdır. Dərmanın dozası düzgün qəbul edilməsə, xəstəyə xeyrindən çox zərəri dəyə bilər.
Əgər sizin hər hansı bir orqanınızda vaxtaşırı ağrılar müşahidə edilirsə, mütləq həkimə müraciət etməlisiniz. Çünki ağrı dözməniz gərək olan bir hiss deyil. Dünya ağrısız daha gözəldir.


Etiketlər:  Ağrı müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ