Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb

Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb

Tarix: 4 Fevral 2023 08:18

Bakının Suraxanı rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 2000-ci il təvəllüdlü Baxşəliyev Namiq Ağabala oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ