Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəbəri olmadan evinə qeydiyyata düşüblər - VİDEO

Xəbəri olmadan evinə qeydiyyata düşüblər - VİDEO

Tarix: 4 Fevral 2023 13:20

Bakıda 7 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 2 nəfərin qeydiyyatda olduğu məlum olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.

Bu problemlə Nərimanov rayonu, Aşıq Qərib 4B ünvanının sakini, 67 yaşlı Rəfael Həsənov qarşılaşıb.

"Xəzər Xəbər"in vatsap nömrəsinə  müraciət edən Rəfael Həsənov deyir ki, 1978-ci ildən yaşadığı ünvanda qeydiyyatdadır. Onun sözlərinə görə, sonuncu dəfə 18 saylı Mənzil İstismar İdarəsindən arayış alarkən yaşadığı ünvanda qeydiyyatda olan 7 nəfərlik ailə üzvündən başqa daha iki nəfərin adının siyahıda olduğunu görüb.

Rəfael Həsənov ondan xəbərsiz evinə qeydiyyata düşənləri tanımadığını deyir.

Məsələ ilə bağlı 18 saylı Mənzil İstismar İdarəsinə üz tutsaq da, idarə rəisi işdə olmadığında sorğumuza cavab ala bilmədik.

Nərimanov Rayon Polis İdarəsinin qeydiyyat məsələləri bölməsindən isə bildirildi ki, 52 yaşlı Əliyeva Mehriban Abdulla qızı 2006, övladı 28 yaşlı Əliyev Kamran Azər oğlu  isə 2011-ci ildən sözügedən ünvanda qeydiyyatdadır. Həmin şəxslərin mənzilə qeydiyyatı isə 18 saylı Mənzil İstismar İdarəsinin verdiyi sənəd əsasında həyata keçirilib.

DİN-dən "Xəzər Xəbər"ə bildirildi ki, qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ olan vətəndaş Rəfael Həsənov məhkəməyə müraciət etməklə problemi aradan qaldıra bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Xəbəri olmadan evinə qeydiyyata düşüblər VİDEO


RƏYLƏR