Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistanda “Wikipedia”ya giriş bloklanıb

Pakistanda “Wikipedia”ya giriş bloklanıb

Tarix: 4 Fevral 2023 20:00

Pakistanda "Wikipedia" onlayn ensiklopediyasına giriş bloklanıb.

Yerli mətbuat yazır ki, Pakistan Telekommunikasiya İdarəsi "Wikipedia"ya dinə aid "əxlaqsız" məzmunlu informasiyanı bloklamaq və ya silmək üçün 48 saat vaxt vermiş, əks halda sayta girişin məhdudlaşdırılacağını bildirmişdi.

Lakin Pakistan Telekommunikasiya İdarəsi konkret hansı məzmunlu informasiyadan söhbət getdiyini də açıqlamamışdı.

Qeyd edək ki, Pakistan qanunvericiliyinə əsasən, İslamı təhqir etməkdə təqsirli bilinən şəxslər üçün ölüm cəzasının tətbiqi istisna edilmir.

Milli.Az


Etiketlər:  Pakistanda Wikipediaya giriş bloklanıb


RƏYLƏR