Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2023 00:46
Sumqayıtda yeni doğulan körpəni müayinə edən zaman həkimlər maraqlı vəziyyətlə üzləşiblər. Çəkisi 4 kiloqrama yaxın olan qız uşağının 2 dişinin olduğu müəyyən edilib. Həkimlər belə halın nadir olduğunu bildiriblər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hadisə Sumqayıtdakı xəstəxanalardan birində qeydə alınıb.
Bu gün dünyaya gələn qız uşağının boyu 55 sm, çəkisi isə 3 kq 800 qramdır. Körpənin dişləri ilə doğulması isə stomotoloqları da təəccübləndirib. Onlar bunun normal hal olmadığını deyirlər.
Buna görə də həkimlər kiçik bir müdaxilə ilə uşağın dişlərini çıxarıblar.
Pediatrlar isə belə durumların hər 3-4 min uşaqdan bir rast gəlindiyini bildirirlər.
Hazırda körpənin vəziyyəti normaldır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: