Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2023 18:42
Minnesot Universitetinin alimləri artıq çəki ilə bağlı daha bir araşdırma aparıb. Bəlli olub ki, arıqlamağa kömək edən amillərdən biri də D vitaminidir. Buna görə də yayda günəş vannası qəbul edən insanlar daha sürətlə çəki atırlar.
Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, alimlər təcrübə keçiriblər. Təcrübədə iştirak edən və artıq çəkidən əziyyət çəkən 38 adama 11 həftəlik azkalorili pəhriz təyin olunub. İştirakçılar arasında bədənində D vitamini yüksək olanlar daha çox çəki ata biliblər.
Həkim Şalamar Sibli qeyd edib ki, gələcəkdə arıqlamaq arzusunda olan insanların pəhrizinə D vitamini əlavə olunacaq. D vitaminini qəbul etməyin əsl ərəfəsi məhz yay aylarıdır. Elə ona görə də gündə qaralmaqla da istədiyiniz çəkini zövqlə əldə edə bilərsiniz.