Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çilidə meşə yanğınları nəticəsində azı 23 nəfər ölüb

Çilidə meşə yanğınları nəticəsində azı 23 nəfər ölüb

Tarix: 5 Fevral 2023 21:22

Çilidə ən azı 23 nəfər meşə yanğınlarının qurbanı olub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Təbii fəlakətlə əlaqədar bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib. Yanğın Nyubl, Bio-Bio və Araucania ərazilərinə qədər uzanır.

Hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlı yanğını söndürmək çətinləşib.

İspaniya, ABŞ, Argentina, Ekvador, Braziliya və Venesuela Çilidəki yanğınlarla mübarizəyə kömək təklif edib.

Milli.Az


Etiketlər:  Çilidə meşə yanğınları nəticəsində azı 23 nəfər ölüb


RƏYLƏR