Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ordusu sabah “Leopard” tanklarında təlimlərə başlayacaq

Ukrayna ordusu sabah “Leopard” tanklarında təlimlərə başlayacaq

Tarix: 5 Fevral 2023 21:58

Fevralın 6-da Ukrayna hərbçiləri Almaniya istehsalı olan "Leopard" tanklarında təlimlərə başlayacaq.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

"Biz tam başa düşürük ki, bizə nə qədər, nə vaxt, hansı ölkə nə (tank - red.) verəcək. Sabahdan, bazar ertəsindən Ukraynadan kənarda, "Leopard"da tank heyətlərinin təliminə başlanılacaq", - o qeyd edib.

Reznikov onu da bildirib ki, hazırda "Leopard" üçün ehtiyat hissələri, onların təmiri, texniki xidməti və sairlə bağlı danışıqlar aparılır.

Milli.Az


Etiketlər:  Ukrayna ordusu sabah Leopard tanklarında təlimlərə başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ