Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərt qış olmadı, evdə donmadıq... - Şolts

Sərt qış olmadı, evdə donmadıq... - Şolts

Tarix: 6 Fevral 2023 02:46

Almaniyada sərt qış və mənzillərin soyuq olacağı ilə bağlı proqnozlar özünü doğrultmadı.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

"Bir neçə dəhşət ssenarisini xatırlayıram: kütləvi etirazlarla müşayiət olunan sərt qış, evdə soyuq və Almaniyada donmuş insanlar, ağlasığmaz ölçülərdə iqtisadi böhran. Yaxşı xəbər budur ki, bunların heç biri baş vermədi", - Şolts bildirib.

Kansler qeyd edib ki, Almaniya Nazirlər Kabineti qazın və elektrik enerjisinin yüksək qiymətləri səbəbindən vətəndaşlara və biznesə dəstək olmaq üçün 300 milyard avro ayıracaq.


Etiketlər:  Sərt qış olmadı evdə donmadıq Şolts


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ