Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2019 21:24
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyənin olmadığı yerdə Azərbaycan Türkiyəni müdafiə edər, Azərbaycanın olmadığı yerdə Türkiyə Azərbaycanı müdafiə edər. Bu, bizim borcumuzdur.
Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda “Qlobal medianın inkişaf trendləri: risklər və imkanlar” beynəlxalq media konfransında çıxışı zaman deyib.
Nazir qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda dünya səssizdir, Azərbaycana qarşı ikili standartlar mövcuddur: “Azərbaycanın bu haqlı mübarizəsində Azərbaycanı tək buraxmamalıyıq. Biz birgə çalışmalıyıq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin