Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2023 22:02
Türkiyənin cənub-şərqində baş verən zəlzələnin gücü 130 atom bombasının partlaması ilə müqayisə edilə bilər.
Sonxeber.net xəbər verir ki, bunu geofizik Əhməd Ərcan "Duvar" qəzetinə deyib.
"Zəlzələ güclü idi. Maqnituda 7.4. Məhv gücü 11-dir. O, 130-a yaxın atom bombasının enerjisini buraxıb", - geofizik deyib.
Alim yaxın iki-üç il ərzində episentrdən 200 kilometr radiusda gələcək güclü afterşoklar barədə xəbərdarlıq edib.
7,4 (bəzi mənbələrdə 7,7) bal gücündə ən güclü zəlzələ səhər saat 4 radələrində Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində baş verib. Bunun ardınca qonşu ölkələrdə - Suriya, İraq, Livan, Ermənistan, Gürcüstan və Kiprdə də hiss olunan bir sıra afterşoklar baş verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələni 1939-cu ildən bəri ölkə üçün ən güclü təbii fəlakət adlandırıb. Ölənlərin sayı artıq 1500-ü keçib. (publika)