Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2023 10:36
Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib.
Onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. S.Hüseynov bu gün dəfn ediləcək.
Sonxeber.net xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumatı təsdiq ediblər. Bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib: "Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır".