Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2023 17:12
İngiltərə Kilsəsi bundan sonra eynicinsli cütlüklərin nikahlarına xeyir-dua verəcək. Kilsənin Baş Sinodunun üzvləri cümə axşamı günü bu qərara səs veriblər.
"İngiltərə Kilsəsinin Ümumi Sinodu eynicinsli cütlüklərin vətəndaş nikahı və ya mülki tərəfdaşlıq bağladıqdan sonra kilsəyə şükranlıq etmək, münasibətləri üçün xeyir-dua almaq məqsədilə kilsəyə gəlməsinə icazə verən təklifləri alqışlayıb", - Kilsənin ali orqanının bəyanatında deyilir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, həmçinin, İngiltərə Kilsəsinin yepiskopları LGBTQ+ icmasından kilsələrdəki "rədd edilmə, ayrıseçkilik və düşmənçilik"lə üzləşdiklərinə və belə halların onların həyatlarına etdiyi mənfi təsirə görə üzr istəyiblər.
Qeyd edək ki, İngiltərə, Şotlandiya və Uelsdə eyni cinsdən olanlar arasında kilsədənkənar nikahlar 2014-cü ildən, Şimali İrlandiyada isə 2020-ci ildən qeydə alınmağa başlayıb.