Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xilasedicilərimiz gecə də axtarışları davam etdirir

Xilasedicilərimiz gecə də axtarışları davam etdirir

Tarix: 10 Fevral 2023 22:04

Azərbaycan xilasediciləri Türkiyənin Qəhrəmanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları keçirir.

Sonxeber.net "report"a istinadən bildirir ki, fevralın 10-da şəhər ərazisində FHN-in xilasediciləri qruplar şəklində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.

Hazırda Azərbaycanın xilasediciləri Qəhrəmanmaraş şəhərinin müxtəlif yerlərində binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib.

Xatırladaq ki, Azərbaycanın xilasediciləri Qəhrəmanmaraşda üç növbəli sistem şəklində axtarış-xilasetmə əməliyyatlarını həyat keçirir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Qəhrəmanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 47 nəfəri sağ, 270-dən çox şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Etiketlər:  Xilasedicilərimiz gecə axtarışları davam etdirir


RƏYLƏR