Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kosmik lift layihəsi təqdim olunub

Kosmik lift layihəsi təqdim olunub

Tarix: 15 Oktyabr 2019 12:40

Kembric Universitetinin məzunları kosmik lift layihəsini təqdim ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, işi qiymətləndirən “LiftPort Group” korporasiyasının rəhbəri Maykl Leynin sözlərinə görə, müasir texnologiyaları tətbiq etməklə belə mexanizm yaratmaq mümkündür. Layihənin konseptinə görə, qurğunun əsası ekvatorda, son məntəqəsi isə peyklərin Yer kürəsi ilə eyni sürətdə dövrə vurduğu geostasionar orbitdə yerləşəcək. Yüklərin xüsusi burazlar vasitəsilə göndərilməsi planlaşdırılır – konstruksiyanın stabilliyini mərkəzdənqaçma qüvvəsi təmin edəcək.

 

Ekspertlərin qiymətləndirməsinə görə, kosmik liftin dəyəri 90 milyard dollar təşkil edəcək. Yaponiyanın “Oboyashi Corporation” şirkəti 2050-ci ilədək, Çin mühəndisləri isə 2045-ci ildə belə qurğu yaratmaq niyyətindədirlər. Lakin alimlər hələ burazların yaradılması üçün uyğun material axtarışı, eləcə də yüklər üçün kəskin temperatur dəyişikliklərinin və Yer atmosferindən kənarda “kosmik zibil” və digər obyektlər kimi potensial təhlükələrin öyrənilməsi ilə məşğuldurlar.

 

Nizam Nuriyev




Etiketlər:  Kosmik lift layihəsi təqdim olunub


RƏYLƏR