Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balakən, Beyləqan və Zərdab rayonları Türkiyəyə yardım göndərib - FOTO

Balakən, Beyləqan və Zərdab rayonları Türkiyəyə yardım göndərib - FOTO

Tarix: 11 Fevral 2023 12:14

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Balakən, Beyləqan və Zərdab rayonları da qoşulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 11-də rayon icra hakimiyyətləri tərəfindən göndərilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.

Beyləqan, Balakən və Zərdab rayonlarından göndərilən yardımlara generator, çarpayı, elektrik qızdırıcısı, fənər, yorğan-döşək, xalça, isti geyimlər və konservləşdirilmiş qida məhsulları daxildir.

Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.

Milli.Az


Etiketlər:  Balakən Beyləqan Zərdab rayonları Türkiyəyə yardım göndərib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ