Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ürəyim Türkiyə və Suriya xalqının yanındadır” - Ancelina Coli

“Ürəyim Türkiyə və Suriya xalqının yanındadır” - Ancelina Coli

Tarix: 12 Fevral 2023 11:15

Dünyaca məşhur aktrisa Ancelina Coli "əsrin fəlakəti" adlandırılan zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırışı edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram hesabında video paylaşıb.

Videoda Kahramanmaraşda dağıntılar altında həyatını itirən atanın qızının əlindən tutduğu foto, Hatayın pilotsuz təyyarə ilə çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən bir kadr da yer alıb.

Xeyriyyə kampaniyasının linkini də izləyiciləri ilə paylaşan məşhur aktrisa, "Ürəyim Türkiyə və Suriya xalqının yanındadır. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər", - sözlərini əlavə edib.

Milli.Az


Etiketlər:  Ürəyim Türkiyə Suriya xalqının yanındadır Ancelina Coli


RƏYLƏR