Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2023 11:20
Kahramanmaraş zəlzələsi Türkiyədə böyük dağıntılara səbəb olub.
Sonxeber.net day.az-a istinadla xəbər verir ki, bu barədə "En son Haber" məlumat yayıb.
7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra 10 əyalətdə böyük dağıntılar baş verib.
Dağıntılar altında qalan vətəndaşlar üçün axtarış-xilasetmə işləri gecə-gündüz davam edir.
Hataydan bir görüntüdə zəlzələ bölgəsində tikilən bəzi binaların prosedura uyğun tikilmədiyi görünür.
Antakyanın Odabaşı məhəlləsində sökülən Süleyman Mutlu və Firuz Mutlu adlı iki binanın daşıyıcı sütunlarının möhkəm olmadığı, binanın yarısının beton, yarısının isə köpük olduğu ortaya çıxıb.