Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2023 20:45
Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa heç nə içmir. Amma elə çaylar var ki, orqanizmi enerji və vitaminlərlə təmin edir, xəstəliklərin qarşısını alır.
Medicina.az xəbər verir ki, çaytikanı və itburnu çayı qədimdən bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Onlar C, B, E vitamini, katexinlər, flavanoidlərlə zəngindir.
Çoxsaylı elmi tədqiqatlar sübut edib ki, bu giləmeyvələrin dəmləməsi oynaqları qoruyur, iltihabı azaldır, viruslara qarşı dözümlü edir.
Çaytikanı və itburnu ürək-damar sistemini möhkəmlədir, çaytikanı qanda şəkəri tənzimləyir, mədəni sağaldır, selikli qişaları bərpa edir.
Bu iki meyvəni birlikdə çay kimi hazırlamaq olar.
Çaytikanı - 1 xörək qaşığı
Xırdalanmış itburnu - 1 x.q
Su - 500 ml
Bal - yarım çay qaşığı - dada görə