Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus polkovnikdən Ermənistanla bağlı təklif: “Əmr olarsa...”

Rus polkovnikdən Ermənistanla bağlı təklif: “Əmr olarsa...”

Tarix: 12 Fevral 2023 21:18

"Rusiyanın Ermənistandakı "yumşaq güc" dairəsi effektli işləmir".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

"Rusiyanın təsir və "yumşaq güc" agentlərinin Ermənistandakı fəaliyyətinin effektivliyinin və bununla bağlı müvafiq xərclərin tam yoxlanılması lazımdır. Biz heç bir gözə çarpan uğur görmürük, amma kifayət qədər pul xərclənib. Nəticəsi isə budur ki, ən yaxşısını istənildi, amma vəziyyət həmişə olduğu kimi qalır. Üstəgəl, Paşinyan getdikcə daha inamla Qərbə doğru sürünür.

"Mən şəxsən bu işə (yoxlama aparmağa) rəhbərlik etməyə və həyata keçirməyə hazıram. Əlbəttə, Rusiya Federasiyasının səlahiyyətli orqanlarından müvafiq əmr olarsa", - ekspert bildirib.

Korotçenko Rusiyanın təsir dairəsində olan erməni siyasi ekspertlərin səmərəsiz fəaliyyət göstərdiklərini, bunun əvəzində isə əlavə pullar qoparmaq üçün Rusiyadan bərk-bərk yapışdıqlarını söyləyib. O, belə bir səmərəsiz işə pul xərclənməsinin doğru olmadığını düşünür.

Milli.Az


Etiketlər:  Rus polkovnikdən Ermənistanla bağlı təklif Əmr olarsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ