Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xilasedicilərimiz 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarıblar - VİDEO - FOTO

Xilasedicilərimiz 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarıblar - VİDEO - FOTO

Tarix: 13 Fevral 2023 09:56

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə Milli.Az-a FHN-dən bildirilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Xilasedicilərimiz nəfəri sağ nəfərin isə cəsədini çıxarıblar VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ