Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan bu sahədə MDB-də ilk yeri tutur

Azərbaycan bu sahədə MDB-də ilk yeri tutur

Tarix: 13 Fevral 2023 11:30

Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutmaqda davam edir. 

Milli.Az xəbər verir ki, minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir.

Son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatların tərkib hissəsi olaraq minimum pensiyanın 2,5 dəfə artırılaraq 280 manata, orta aylıq pensiyanın iki dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatmasına nail olunub.

Milli.Az


Etiketlər:  Azərbaycan bu sahədə MDB ilk yeri tutur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ