Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələ fəlakəti necə yaranır? - VİDEO

Zəlzələ fəlakəti necə yaranır? - VİDEO

Tarix: 13 Fevral 2023 14:42

Tarixən müxtəlif illərdə dünyada dağıdıcı zəlzələlər qeydə alınıb. Ekspertlər bu təbii fəlakət haqqında əvvəlcədən proqnoz verməyin çox çətin olduğunu deyirlər. Bəs görəsən milyonlarla insanın ölümünə səbəb olan zəlzələ necə yaranır?

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, zəlzələ ən qorxunc və dağıdıcı təbiət hadisələrindən biridir.

Hər zaman ağır nəticələrə səbəb olan zəlzələ litosferdə, yəni yerin üst qabığında baş verən dinamik proseslər nəticəsində əmələ gəlir. Müxtəlif layların sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olur. Yeraltı təkanlar nəticəsində yerin üst qatı da öz formasını  dəyişə bilər. 

Seysmoloji Xidmət Mərkəzin baş direktoru Qurban Yetirmişli deyir ki, zəlzələ hiss olunma dərəcəsi dinamik proseslərin hansı dərinlikdə yerləşnəsindən, yer səthinə nə qədər yaxın olmasından asılıdır. Su hövzələrində baş verəcək zəlzələlər də təhlükəli hesab edilir.

Qeyd edək ki, zəlzələ 12 ballıq rixter şkalası ilə ölçülür. 8, 9, 10, 11 bal gücündə baş verən zəlzələ dağıdıcı hesab edilir. 6-7 bal gücündəki yeraltı təkanlar isə orta dərəcəli qiymətləndirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Zəlzələ fəlakəti necə yaranır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ