Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN-in mobil səhra hospitalında 215 nəfərə tibbi xidmət göstərilib - VİDEO - FOTO

FHN-in mobil səhra hospitalında 215 nəfərə tibbi xidmət göstərilib -  VİDEO - FOTO

Tarix: 13 Fevral 2023 15:06

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Xəbərə görə, mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

Milli.Az


Etiketlər:  FHN in mobil səhra hospitalında 215 nəfərə tibbi xidmət göstərilib VİDEO FOTO


RƏYLƏR