Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik Göyçayda torpağın daşınması şikayətini araşdırdı

Nazirlik Göyçayda torpağın daşınması şikayətini araşdırdı

Tarix: 15 Oktyabr 2019 15:56

Bakı. İlhamə İsabalayeva - Trend:

Göyçay rayonu ərazisində süxur qarışığının qanunsuz daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Ucar-Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə qarışıq süxurun daşınmasının rəsmi icazə və müvafiq sənədləşmə çərçivəsində “Körpü Bina Tikinti” MMC-nin sifarişi əsasında “Azpolt” MMC tərəfindən həyata keçirildiyi məlum olub.

Lakin torpaq daşınması zamanı ekoloji tələblərə əməl olunmadığı, yük avtomobillərinin yük yerinin lazımi toz buraxmayan üzlüklə örtülmədiyi və nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan tozun ətrafa yayıldığı aşkar edilib.

Çatışmazlıqların aradan qaldırılması məqsədilə iş icraçısı “Azpolt” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazirlik Göyçayda torpağın daşınması şikayətini araşdırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ