Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda məhbuslara təcavüz edilir, azad edilənlər isə…

İranda məhbuslara təcavüz edilir, azad edilənlər isə…

Tarix: 14 Fevral 2023 11:54

İranda son etirazlar zamanı tutalan şəxslərin əksəriyyətinin gənc olduğu nəzərə alınmalıdır. Onlar azadlığa çıxarkən həbsxanada yaşadıqları təzyiqlərə tab gətirə bilmir. Buna görə də psixoloji cəhətdən mütləq yardım edilməlidir.

Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədri Sina Yusifi deyib.

O, həbsxana mühitinin insanın psixoloji sağlamlığına ziyan vurduğunu, depressiyaya saldığını bildirib:

"Zindan mühiti elə bir yerdir ki, insanları psixoloji cəhətdən depressiyaya salır. Azadlığa çıxandan sonra yoldaşları belə insanları tərk edir. Bu məsələdə ailənin rolu çox önəmlidir. Ailələri məhbusların yanında olmalıdır. Bəzən həmin şəxs təzyiqlərdən ruhi sarsıntı keçirir. Bir də onların azad edilməsi üçün "tövbənamə" sənədi imzaladırlar. Belə şəxslərə azadlığa çıxanda pis baxırlar və mühakimə edirlər. Bu isə şəxsin özünə sui-qəsd etməsinə səbəb olur. Odur ki, ailələr, gərək, bu məsələdə diqqətli olsun, həbsxanadan çıxan yaxınlarını bir müddət tək buraxmasın. Mütəxəssis yanına aparıb, müalicə etdirsinlər. Əks halda yaxşı nəticə olmaya bilər".

Vəkil bildirib ki, İrandakı son etirazlarda qadınlara qarşı cinsi zorakılığın olması ilə bağlı yayılan məlumatlar da intihara yol açan əsas səbəblərdəndir:

"Bu məsələdə qadınlar həssasdır. Əllərinə imkan keçən kimi intihar edə bilərlər. Hesab edirlər ki, onların namusuna və şərəfinə toxunulub. Kermanda bir vəkil bir neçə gün əvvəl özünü öldürdü. Vəkil 20 gün həbsdə saxlanıldı və azad olduqdan sonra özünü öldürdü. Onun bu məsələyə görə intihar etdiyi ehtimal olunur", - o bildirib.


Etiketlər:  İranda məhbuslara təcavüz edilir azad edilənlər isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ