Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıdakı "Room" gecə klubunda olay: Sərxoş qadın müştərinin pul kisəsini oğurladı

Bakıdakı

Tarix: 14 Fevral 2023 22:46

Səbail rayonu ərazisində yerləşən "Room" gecə klubunda müştərinin pul kissəsi oğurlanıb.

Hadisə fevral ayının 10-da baş verib. Belə ki, Elçin (şərti) adlı şəxs "Room" gecə klubunda 2-3 saat əyləndikdən sonra məkandan çıxaraq evə gedərkən pul kisəsinin cibində olmadığını bilib. Sərxoş olan müştəri buna əhəmiyyət verməyib və evə gedib.

Səhər evi və maşını axtarsa da, pul kisəsini tapmayıb. Bundan sonra gecə klubuna yollanaraq bu barədə məlumat verib. Lakin pul kisəsinin məkanda qalmadığını bildiriblər. Elçin bununla bağlı DİN-in 102 məlumat mərkəzinə zəng edib.

Oğurlanan pul kisəsinin bazar qiyməti 120 manat, həmçinin içərisində 50 manatlıq hədiyyə kartı, 20 manat məbləğində nağd pul və digər kartları olub. Kartlar bloklandığı üçün onlardan pul çəkmək mümkün olmayıb.

Aparılan araşdırma zamanı hadisənin 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum edilməmiş, "Azprof" MMC-də mühasib işləyən Səbinə (şərti) tərəfindən sərxoş halda törədildiyi müəyyənləşdirilib.

Səbinə izahatında bildirib ki, həmin gün saat 19:00 radələrində Səbail rayonu ərazisində yerləşən "Burda" restoranında gedib. Həmin məkanda müəyyən miqdarda spirtli içki qəbul edib, təxminən saat 22:00-da rəfiqəsi Səadətlə "Room" gecə klubuna yollanıblar. Səbinə həmin məkanda tanışı Elmirdən siqaret istəyib. Elmir siqaretinin gödəkcəsinin cibində olduğunu və gödəkcəsinin həmin məkanda asılqandan asıldığını bildirib. O, Elmirin gödəkcəsinin cibindən siqaret axtaran zaman təsadüfən başqa şəxsin gödəkçəsinin cibində pul kisəsini görüb və görürərək cibinə qoyub. Səbinə çölə çıxdıqdan sonra pul kisəsini yol kənarında olan zibil qabına atıb.

Polis onu evində saxlayaraq bölməyə aparıb. Törətdiyi əməlindən peşman olduğunu bildirib və dəymiş zərəri tam şəkildə ödəyib.

Məhkəminin qərarı ilə Səbinə haqqında İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Milli.Az


Etiketlər:  Bakıdakı Room gecə klubunda olay Sərxoş qadın müştərinin pul kisəsini oğurladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ