Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sevgililər Gününə tarixin ən uzun sualtı öpüşü ilə DAMĞA VURDULAR

Sevgililər Gününə tarixin ən uzun sualtı öpüşü ilə DAMĞA VURDULAR

Tarix: 14 Fevral 2023 22:52

Bir cüt sərbəst dalğıc Maldiv adalarında Sevgililər Gününü tarixin ən uzun sualtı öpüşməsi ilə qeyd edərək Ginnesin Rekordlar Kitabına düşüb.x

Bu barədə "İndependent" məlumat yayıb.

Cənubi Afrikadan olan 40 yaşlı Beth Neil və Kanadadan olan 33 yaşlı nişanlısı Miles Kloutier beş il əvvəl okeanı qorumaq üçün ortaq amalla tanış olublar. Neil sahədə dərs deyir və sərbəst dalğıcdır, Kloutier isə okeanın mühafizəsi proqramı üçün könüllü olub.

Cütlük övladı ilə birlikdə Maldiv adalarına uçub. Üç gün ərzində sevgililər su altında ən uzun öpüşmə rekordunu qırmaq üçün açıq dənizdə məşq ediblər. Nəticədə onların öpüşü dörd dəqiqə altı saniyə davam edib. Əvvəlki rekord üç dəqiqə 24 saniyə idi və 13 il əvvəl qeydə alınmışdı.

Milli.Az


Etiketlər:  Sevgililər Gününə tarixin ən uzun sualtı öpüşü ilə DAMĞA VURDULAR


RƏYLƏR