Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Tarix: 15 Fevral 2023 22:10

İmişli və Saatlının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İB-dən Milli.Az-a bildirilib ki, buna səbəb "Qaz İxrac" İdarəsinə məxsus "Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq planlı təmir işləridir.

Bununla əlaqədar "Saatlı Əlillər evi", "Otuzikilər", "Qaracalar", "İmişli 1 və 2"(Əhali)", həmçinin "İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Məhdudiyyət saat 09:30-dan etibarən təmir işləri başa çatanadək davam edəcək.

Milli.Az


Etiketlər:  Bu rayonlarda qaz olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ