Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 01:15
Müğənni Lana Del Rey "Interview" jurnalının yeni sayının siması olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, müvafiq şəkillər sosial şəbəkələrdə yayılıb. O, dekolteli ağ gəlinlik paltarında və fatada pozalar verib. Fotonu Nadia Lee Cohen çəkib. Şəkil köhnə avtomobilin fonunda lentə alınıb.
Sənətçi ilə müsahibəni həmkarı Billi Ayliş edib.
Ayliş "Siz həqiqətən hamı üçün yol açdınız. İlk başladığınız vaxtdan hamı sizin kimi görünməyə və oxumağa çalışır. Siz musiqi sənayesinin musiqi eşitmə və baxış tərzini dəyişdiniz",- deyə qeyd edib.
Qeyd edək ki, Lana Del Rey yeni albomunu 10 mart 2023-cü ildə təqdim edəcək. Müğənninin əvvəlki "Blue Banisters" albomu ötən ilin oktyabrında işıq üzü görüb. O, həmin mahnılarında COVID-19 pandemiyasının səbəb olduğu Los-Ancelesin qapadılması və qaradərililərin həyatını dəstəkləyən etirazları xatırladır.