Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 23:44
23:43
UEFA Kofrans Liqası
Pley-off
21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 1:0
Qol: Leandro Andrade, 78
Hakimlər: Mohammed Al-Hakim, Fredrik Klyver, Robin Vilde (İsveç)
Reallaşdırılmayan penalti: Ramil Şeydayev, 52 ("Qarabağ")
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu
23:28
UEFA Kofrans Liqası
Pley-off
21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 1:0 (İkinci hissə)
Qol: Leandro Andrade, 78
Hakimlər: Mohammed Al-Hakim, Fredrik Klyver, Robin Vilde (İsveç)
Reallaşdırılmayan penalti: Ramil Şeydayev, 52 ("Qarabağ")
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu
23:07
Konfrans Liqası
Pley-off mərhələsi
İlk oyun
16 fevral
21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 0:0
Baş hakim: Məhəmməd Əl-Hakim (İsveç)
22:09
"Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 0:0 (Birinci hissə)
Hakimlər: Mohammed Al-Hakim, Fredrik Klyver, Robin Vilde (İsveç)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu
21:51
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start verilib.
Turnirdəki təmsilçimiz "Qarabağ" da bu mərhələdə ilk matçına çıxıb. Bu, 2023-cü ildə Ağdam təmsilçisinin Avropa kuboklarında ilk oyunudur.
Qurban Qurbanovun komandası Bakıda Belçika "Gent"ini qəbul edir. Ağdam təmsilçisi bu vacib matça ciddi itkilərlə çıxıb. Əsas qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə səbəbindən bu oyunu buraxır. Mərkəz müdafiəçisi Kevin Medina isə cəzalı durumda olduğundan komandasına kömək edə bilmir.
Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 23-də Belçikada keçiriləcək.
Xatırladaq ki, "Gent" Belçika çempionatında hazırda 39 xalla 5-ci pillədə qərarlaşıb.
Konfrans Liqası
Pley-off mərhələsi
İlk oyun
16 fevral
21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 0:0
Baş hakim: Mohammed Al-Hakim (İsveç)
"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
"Gent": 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo
Ehtiyat oyunçular: 1.Pol Nardi, 10.Yens Petter Hauge, 17.Endryu Yuseya, 19.Malik Fofana, 22.Süleyman Marre, 25.Nuriu Fortuna, 29.Loran Depuatr
Baş məşqçi: Hein Vanhazebruk
07:45
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la bu gün qarşılaşacaq Belçika "Gent"inin oyun üçün iştirak ərizəsi açıqlanıb.
Kklubun rəsmi saytı xəbər verir ki, siyahıda 19 futbolçu yer alıb.
Qapıçılar: 1.Pol Nardi (Fransa), 33.Deyvi Rof, 26. Luis Fortin
Müdafiəçilər: 2.Cozef Okumu (Keniya), 5.Mişel Nqadye-Nqacui (Kamerun), 23.Cordan Torunariqa (Almaniya), 25.Nurio Fortuna (Portuqaliya), 31.Bruno Qodo
Yarımmüdafiəçilər: 7.Xönseok Xon (Cənubi Koreya), 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 17.Endryü Hülsager (Danimarka), 22.Seleyman Marre (Qambiya), 24.Sven Kums
Hücumçular: 10.Yens Petter Hauge (Norveç), 11.Uqo Kuypers, 19.Malik Fofana, 20. Gift Orban, 29.Loran Depuatr
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq.