Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 20:15
Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez görünüşü ilə məsxərə obyektinə çevrilib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, "Qremmi" mükafatına namizəd olan sənətçi rəqs studiyasına gedərkən paparasilərin obyektivinə yaxalanıb.
Müğənni rahat "legensi" və "ugg" çəkmələri geyinib.
Görünüşün əsas məqamı, bir ildən artıqdır ki, geyindiyi nəhəng qoyun dərisindən hazırlanan xəz palto olub.
Əgər əvvəllər 53 yaşlı məşhur geyim-keçiminə diqqətlə yanaşırdırsa, bu dəfəki obrazı izləyicilərin dili ilə desək, uğursuz olub.
Lopez tərəfindən kiçik bir nəzarətsizlik onu "dilə-dişə" salıb.
İzləyicilər ""Bu dünyada Cenniferin geyimindən daha pis paltar varmı?", "Əgər o, bu paltoda yaxşı göründüyünü düşünürsə, o zaman öz üslubu haqqında düşünməlidir", "Xəz ifritəsi"" deyə Cenniferi tənqid ediblər.