Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orxan Səfərov finalda məğlub oldu

Orxan Səfərov finalda məğlub oldu

Tarix: 16 Fevral 2023 22:52

İsrailin Təl-Əviv şəhərində təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Azərbaycan cüdoçusu Orxan Səfərov (66 kq) yarışda finala yüksəlib. İdmançımız yarımfinalda Laşa Nadiradzeni (Gürcüstan) məğlub edib. Orxan qızıl medal uğrunda həlledici qarşılaşmada Vaja Margelaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Səfərov ikinci yerlə kifayətlənib.

Digər təmsilçimiz Balabəy Ağayev (60 kq) eyni raundda Luka Mxeidzeyə (Fransa) uduzub. İdmançı bürünc medal uğrunda qarşılaşmaya çıxıb.  60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.

Milli.Az


Etiketlər:  Orxan Səfərov finalda məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ