Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2023 00:00
Müğənni Nadir Qafarzadə qardaş Türkiyədə matəm günü olmasına baxmayaraq, özünə təmtəraqlı ad günü məclisi təşkil edib.
Sonxeber.net demokrat.az-a istinadən xəbər verir ki, paytaxt restoranlarının birində konsertlə keçirilən ad günü məclisinə müğənni sənət dostlarını da dəvət edib.
Qeyd edək ki, fevralın 11-də sənətçinin 52 yaşı tamam olub.
Fevralın 11-də həm də qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar elan olunan matəmin 5-ci günüdür.
Xatırladaq ki, Nadir Qafarzadə bir neçə il öncə Xocalı faciəsi günü də konsert proqramı ilə çıxış etmişdi