Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu'' - Tahir Gözəl

''Qarabağ''ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu'' - Tahir Gözəl

Tarix: 17 Fevral 2023 00:14

"Əvvəlcə Türkiyə xalqına başsağlığı verirəm. "Qarabağ"ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner "köhlən atlar"ın Azərbaycan futbolunun tarixində yeni ilkə imza atdığını bildiirb: "Pley-off mərhələsində ilk qələbəmizdir. Çox uğurlu addımdır. Amma oyun hələ bitməyib. Bu qələbə heç nə demək deyil. Fevralın 23-dəki cavab oyununda mən də Belçikada olacağam. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Tarixi görüşə çıxacağıq".


Etiketlər:  Qarabağın qələbəsi kədərli günlərdə bizə təsəlli oldu Tahir Gözəl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ