Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2023 07:42
Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə baş verən dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 1 milyard dollar toplanması məqsədilə təşkilata üzv dövlətlərə müraciət edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) mətbuat xidməti məlumat yayıb.
"BMT humanitar təşkilatların Türkiyədəki fəlakətli zəlzələlərdən zərər çəkmiş 5 milyondan çox insana kömək edə bilməsi məqsədilə 1 milyard dollar toplamaq üçün təcili müraciət edib", - məlumatda deyilir.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin sözlərinə görə, belə çətin bir zamanda türk ailələrinə dəstək olmaq, onlara kömək göstərmək lazımdır.
Sənəddə maliyyələşmənin 5,2 milyon nəfərə yönəldiləcəyi göstərilir. Vəsait yardım təşkilatlarına mənzil, ərzaq təhlükəsizliyi və təhsil sahələrində hökumətin səylərini dəstəkləmək üçün öz fəaliyyətlərini sürətlə artırmağa imkan verəcək.