Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Prius” betonqarışdıran avtomobilə çırpıldı: Xəsarət alan var - FOTO

“Prius” betonqarışdıran avtomobilə çırpıldı: Xəsarət alan var - FOTO

Tarix: 17 Fevral 2023 11:28

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Qafur Məmməd küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü yolun asfalt qatının sürüşkən olduğunu nəzərə almadığına görə sükana nəzarəti itirib.

İdarəetmədən çıxan minik maşını prospektə dönən çoxtonnajlı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan bir nəfər xəsarət alıb və "Toyota" markalı avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Milli.Az


Etiketlər:  Prius betonqarışdıran avtomobilə çırpıldı Xəsarət alan var FOTO


RƏYLƏR