Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələ günü doğuldu, 24 il sonra zəlzələdə öldü - VİDEO

Zəlzələ günü doğuldu, 24 il sonra zəlzələdə öldü - VİDEO

Tarix: 18 Fevral 2023 07:36

17 avqust 1999-cu il Gölcük zəlzələsi günü Qaziantepdə dünyaya gələn Osman Enes Baştürk Nurdağı rayonundakı evinin dağıntıları altında qalaraq həyatını itirib. Osman Enes Baştürkün 24 illik həyatı zəlzələ ilə başlayıb, zəlzələ ilə bitib.

Bu haqda onun ailəsi "Anadolu" agentliyinə danışıb.

Osman Enes zəlzələdə üzərinə düşən divarın altında qalan qardaşını qorumaq istəyərkən həyatını itirib.

Ata Mehmet Baştürk həmin evə 3 gün əvvəl köçdüklərini bildirib:

"Cümə günü getdik, şənbə bazar günü əşyaları yerləşdirdik, yorulduq. Zəlzələ olan gecə saat 03:00 radələrində namaza qalxdım. Sonra zəlzələ baş verdi, bina qəfil uçdu".


Etiketlər:  Zəlzələ günü doğuldu sonra zəlzələdə öldü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ