Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın immuniteti qaldırmaq üçün çay içdi – Qaraciyəri zədələndi

Qadın immuniteti qaldırmaq üçün çay içdi – Qaraciyəri zədələndi

Tarix: 18 Fevral 2023 23:36

Çay və kapsul şəklində olan bitki mənşəli preparatların qəbulu qaraciyərdə zəhərlənmələrə gətirib çıxardır.

Reseptlə verilən dərmanlarla yanaşı bitki mənşəli əlavələr alternativ kimi geniş yayılıb.
Bakupost.az xəbər verir ki, bu ilin əvvəlində qaraciyər zədələnməsi ilə bağlı həkimə müraciət edən 45 yaşlı bir qadınla bağlı maraqlı hesabat yayılıb.

Məlum olub ki, preparatın qəbulu zamanı hipotiroidizmdən müalicə alan xəstə epiqastral nahiyədə şiddətli ağrı və ürəkbulanma olduğunu bildirib. Simptomlar üzə çıxmazdan əvvəl spirt və ya narkotik qəbul ermədiyini, yaxın zamanda səyahət və qanköçürmə olmadığını bildirib.

Amma 3 gün əvvəl bu simptomplardan öncə, immuniteti qaldırmaq üçün bitki çayı içdiyini deyib.

Əlavə müayinə zamanı xəstənin bitki çayı içməyə yeni başladığını və qəbulu dayandırdıqdan sonra simptomların tamamilə yox olmasını göstərdi.

Bitki çayına daxil hər 3 komponent qaraciyəri yükləyici və zədələyici təsir göstərib.
Ona görə də mənşəyi, mənbəyi məlum olmayan resept, çay və qarışımları içməyin.

Milli.Az


Etiketlər:  Qadın immuniteti qaldırmaq üçün çay içdi Qaraciyəri zədələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ