Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yeşil çam” filmindəki məşhur qaya zəlzələdə ikiyə bölündü

“Yeşil çam” filmindəki məşhur qaya zəlzələdə ikiyə bölündü

Tarix: 20 Fevral 2023 19:42

Adıyamanda hər kəsin " Eski Kahta" deyə adlandırdığı böyük bir qaya zəlzələ nəticəsində iki yerə bölünüb.

Bu qaya 1981-ci ildə "Yeşil çam" tərəfindən Adıyamanda çəkilmiş "Çirkinlər də sevər" filmi ilə məşhurlaşıb.

Milli.Az lent.az-a istinadən məlumataına görə, fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra böyük qaya parçası iki yerə parçalanıb və bir hissəsi onun kölgəsinə sığınmış evi əzib. Həmin ev qaya parçasının digər evlərin üstünə aşmasının qarşısını alıb. Bununla belə, kəndlilər qaya parçasının hər an evlərinin üstünə aşmasından qorxaraq, təhlükəsiz ərazidə çadırlara sığınıblar.

"Çirkinlər də sevər" filmində baş rolları Müjdə Ar və İlyas Salman oynamışdı.

Milli.Az


Etiketlər:  Yeşil çam filmindəki məşhur qaya zəlzələdə ikiyə bölündü


RƏYLƏR