Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Kiyevə gəlmək üçün “təhlükəsizlik zəmanəti” alıb

Bayden Kiyevə gəlmək üçün “təhlükəsizlik zəmanəti” alıb

Tarix: 20 Fevral 2023 23:46

ABŞ Prezidenti Co Bayden Ukraynaya gəlməzdən öncə təhlükəsizliyi ilə bağlı zəmanət alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləru Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev Baydenin Kiyevə səfəri haqda Teleqram kanalında qeyd edib.

"Əvvəlcədən təhlükəsizlik zəmanəti alan Bayden nəhayət Kiyevə gəldi", - deyə o yazıb.

Medvedyev Baydenə "təhlükəsizlik zəmanətini" kimin verdiyini açıqlamayıb.

Bundan öncə isə tanınmış rusiyalı politoloq Sergey Markov Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Co Baydenin Kiyevə gəlmək üçün təhlükəsizlik zəmanəti verdiyini bildirmişdi.

Milli.Az


Etiketlər:  Bayden Kiyevə gəlmək üçün təhlükəsizlik zəmanəti alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ