Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahbuza polis rəisi təyin edildi

Şahbuza polis rəisi təyin edildi

Tarix: 23 Fevral 2023 11:56

Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis mayoru Ziyafət Səfərliyə Şahbuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə olunub.

Bu gün Naxçıvan MR daxili işlər naziri Süleyman Nemətov Ziyafət Səfərlini şöbədə təqdim edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Şahbuz Polis Şöbəsinin rəisi Bahadur Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Milli.Az


Etiketlər:  Şahbuza polis rəisi təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ