Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2023 19:56
Türkiyədəki zəlzələdən zərərçəkən insanlar üçün "Bir Kira Bir Yuva" kampaniyası başladılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, kampaniyaya türkiyəli məşhurlar da qoşulublar.
Müğənnilər Hakan Altun 5, Yıldız Tilbe 12, aktyor Mert Fırat 10 ailənin kirayə haqqını ödəyəcəklər.
Aparıcı Armağan Çağlayan 1 milyon lirə, müğənni Gülşən 120 min lirə, aktrisalar Meltem Cumhul 40 min dollar, Pınar Dəniz 100 min lirə, aktyor Metin Akpınar isə zərərçəkənlərə dəstək üçün 500 min lirə bağışlayıblar.
Müğənni Sıla isə bir konsertinin bütün gəlirini ianə edib.